Günəşə deyir: “sən çıxma, mən çıxım gərək”. (Özü özündən ağız dolusu danışır.)

Cf. Each bird loves to hear himself sing. / Self-praise is no recommendation. / Pat one’s own back. / Blow one’s own trumpet (horn). Гречневая (пшённая) каша сама себя хвалит. (O нескромном самохвалении.)
günəşdə yanmaq
günləri saymaq
OBASTAN VİKİ
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Özü
Oçakov (ukr. Очаків, rus. Очаков) və ya Özü (osman. اوزی Özî/Özü, krımtat. Özü) — Ukraynanın cənubundakı Nikolayev vilayətində kiçik bir şəhər. Şəhərin adı Dnepr çayının şərəfinə qoyulub. Şəhərin əsası 1492-ci ildə Krım tatarları tərəfindən qoyulub. Özü də Ağkərman şəhərinə uyğun gələn Qarakərman adlanırdı. 1493-cü ildə rus kazakları tərəfindən işğal olunan Ozü 1502-ci ildə Osmanlılar tərəfindən geri alındı. Strateji əhəmiyyətinə görə, Ozü uzun müddət Polşa-Litva Birliyi, Zaporojya Schi və Osmanlı İmperiyası arasında onu əldə etmək və ya saxlamaq üçün rəqabətin keçirildiyi bir yer olmuşdur.
Ağız
Ağız — İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
Özündən getmə
Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Birbaşa çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Rotadan çıxma
Rotadan çıxma ümumiyyətlə istiqamət dəyişdirmə deməkdir. Hər hansı bir istinad nöqtəsinə nisbətdə bir bucaqda hərəkət edən bir obyektin hərəkət bucağı dəyişdikdə o obyekt rotadan çıxmış sayılır. Aviasiya sahəsindəki “yaw” ifadəsinin Azərbaycanca ekvivalenti ilə uyğun gələn hərəkət adıdır, ancaq yalnız təyyarələrdə deyil, bütün nəqliyyat vasitələrində sağa və ya sola dönməyə aiddir. Təyyarələr quyruqlarındakı sükanları ilə və gəmilər isə gövdələrinin aşağı hissəsində olan sükanla dönürlər. Elmi dünyada qəbul edilən hər hansı bir nəzəriyyə və ya qanunu pozmaq və ya səhvini sübut etmək üçün də bu addan istifadə olunur. Məsələn, zamanda səyahət fizikanın iki əsas qanunu olan Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsinə ziddir. Həmçinin səbəb prinsipi ilə də ziddiyyət təşkil edir. Günlərin bir günündə kimsə zamanda səyahət etmiş olarsa, bu bütün məlum fizika qanunlarının əsasını təşkil edən kvant mexanikası və ümumi nisbilik nəzəriyyəsini məhv edəcək, beləliklə də bütün məlum fizika qanunları da etibarsız olacaqdır. Bunun sonunda Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsi rotadan çıxacaq, başqa sözlə etibarını itirəcəkdir.
Ağız amöbü
Ağız amöbü (лат. Entamoeba gingivalis) —ibtidailər (Protozoa) yarımaləminin nümayəndəsidir. Entamoeba gingivalis- Ağız amöbü 1849-cu ildə rus alimi Qros tərəfindən kəşf edilmişdir. Bu, insanda tapılan ilk parazit amöb hesab edilir. Bu parazitə tez-tez çürümüş dişdə və dişin üzərini örtən yumşaq örtükdə təsadüf edilir. Öz quruluşuna görə ağız amöbü dizenteriya amöbünə oxşayır. Bakteriya və leykositlərlə qidalanır. Bəzi alimlər onu xəstəlik törətməyən bir növ kimi qiymətləndirir. Lakin digər tədqiqatçıların fikrincə, ağız amöbü eritrositləri udmaq xüsusiyyətinə malikdir. Bu parazitdə sistanın olmasını əksər tədqiqatçılar inkar edir və onun patogenliyi haqqında müxtəlif fikirlər söyləyirlər.
Ağız boşluğu
Ağız boşluğu (lat. Cavum oris yun. stoma iki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi — lat. vestibulum oris ön və yan tərəfdən dodqlar və yanaqlar vasitəsilə və daldan dişlər və alveol çıxıntıları ilə əhatə olunmuşdur. Xüsusi ağız boşluğu — lat. cavum oris proporium yuxarı tərəfdən sərt və yumuşaq damaqla, ön və yan tərəflərdən dişlər və alveol çıxıntıları ilə və aşağı tərəfdən ağız dibi ya diafraqması — lat. diaphragma oris (mm. mylohyoidei) ilə əhatə olunmuşdur. Ağız qapalı olduqda bu boşluq yarıq şəklində qalır.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Ağız qopuzu
Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub. == Söz açımı == Qədimdə "qopuz" sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: "telli (simli) qopuz", "yaylı (kamanlı) qopuz", "vurmalı (zərblə səsləndirilən) qopuz" "qolça qopuz" və "ağız qopuzu" deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən "ağız qopuzu" adlanıb. == Tarixçə == Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır. 1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Ağız bucağının xorası
Ağız bucağının xorası – ağız bucağının selikli qişasının və dərisinin infeksion xəstəliyi. Ağız bucağının xorası orqanizmdə B2 vitamininin çatışmazlığından, diş əti xəstəliyindən, ağız suyunun güclü ifrazından, turş, yaxud acı qida yedikdə, ağız boşluğuna pis qulluq etdikdə baş verir. Xəstəliyi kokklar, yaxud mikroskopik göbələklər törədir. Vərdiş nəticəsində dodağını yalayan uşaqlar, yeniyetmələr və ağızda protez gəzdirən yaşlılar bu xəstəliyə daha çox tutulurlar. Ağız bucağının xorasında əvvəlcə ağız bucağının selikli qişası və dərisi qızarır, sulanır, yerində sonradan sarı qartmaqla örtülən ağrılı çatlar əmələ gəlir. Xəstəlik göbələk mənşəli olduqda ağız boşluğunun selikli qişasına da keçə bilər. === Profilaktikası: === Düzgün qidalanma, qida rasionunda qidaların vitaminlərlə zəngin olması, ağız bucağı qıcıqlandıqda acı, kəskin turş maddələr və sitrus meyvələrin istifadə edilməməsi. Müalicəsi həkimin məsləhəti ilə aparılır. Xəstəlik çox vaxt xroniki olur, lakin aparılan ardıcıl düzgün müalicə nəticəsində Ağız bucağının xorası sağalır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
Kral danışır! (film, 2010)
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Mən yaramazam
Mən yaramazam 2010 ABŞ ailə, animasiya filmidir. Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona kiçik kölələri minyonlar da kömək edəcəkdir. Stiv Kerell — Felonius Qru Ceyson Siqel — Viktor "Vektor" Perkins Rassel Brend — Dr. Nefario Miranda Kosqrov — Marqo Culi Endryus — Marlena Qru Dana Ceyer — Edit Elsi Keyt Fişer — Aqnes Vill Arnett — Mister Perkins Kristen Uiq — Miss Hetti Pyer Koffin — Tim, Bob, Mark, Fil, və Stüard Kris Renaud — Deyv, Billi və Lerri Cemeyn Klement — Kevin və Cerri Cek MakBrayer — Karnaval işçisi/Turist ata Ken Conq — Talk Show Host Danni MakBrayd — Fred Makdeyd Mindi Keylinq — Turist ana Mən yaramazam — Internet Movie Database saytında.
Dost Dosta Tən Gərək (2007)
Film siçanla pişiyin macəralarından bəhs edir Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.
Həqiqətin özü (film, 2008)
Film ermənilərin Türkiyədə, o cümlədən Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edir. Filmdə Birinci Dünya müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoyulur. Filmdə Rusiya Dövlət Foto-Kino Arxivindən, Azərbaycan Dövlət Foto-Kino Sənədlər Arxivindən, Gürcüstan Dövlət Arxivindən, Türkiyə Cümhuriyyəti Baş Nazirlik Arxivindən, Osmanlı Arxivlərindən, "Sarı Gəlin" türk sənədli filmindən materiallar, həmçinin Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən, eləcə də türk etnik musiqisindən parçalar və "Fətəli xan" filmindəki kadrlardan istifadə edilmişdir. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" sənədli filmlər studiyası tərəfindən aparılan iki ilə yaxın araşdırma nəticəsində ərsəyə gəlmişdir. Çəkilişlər 2007-ci ilin əvvələrindən başlamışdır. Çəkilişlər 1 il çəkmişdir. Film osmanlı və azəri türkcəsində ərsəyə gəlmişdir. Filmdə Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və Azərbaycanın tarix, foto-kino arxivlərindən işıq üzü görməyən kinoxronika və digər sənədlər öz əksini tapıb ki, bu da filmin əsas qayəsini təşkil edir. Rusiya arxivlərində yatan, bu məsələni araşdıran tarixçilərin heç vaxt görmədiyi unikal kinolentlər ekrana gətirilmişdir. Bütün bunlarla bərabər tanınmış tarixçilər də filmdə öz sözünü deyir.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Sən-Bris qətliamı
Müqəddəs Brays Günü qətliamı — 1002-ci ildə İngiltərə kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş vermişdir.